"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Raqub Məmmədov: “Altı ay ərzində Ağdamın yol infrastrukturunun yaxşılaşdırılmasıyla bağlı cənab prezidentin ikinci dəfə sərəncam imzalaması...”

--2018-01-10 / 06:41

“Bu gün Ağdamın Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmayan ərazilərindəki yol infrastrukturu dövlət başçısının dəstəyi ilə yenidən qurulub”-bu fikirləri Belediyye.infoya Ağdam rayon icra Hakimiyyətinin başçısı Raqub Məmmədov bildirib.

icra başçısının sözlərinə görə, 2018-ci ilin birinci iş günündə cənab prezident tərəfindən imzalanan "Ağdam rayonunun əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamı rayon sakinlərinin ürəyincə olub: “Qeyd edim ki, adıçəkilən  yol infrastrukturu yeddi yaşayış məntəqəsini əfətli, Küdürlü, Məmmədbağırlı, Hacıturalı, Rzalar, Həsənxanlı, isalar kəndlərini əhatə edir. Bu yaşayış məntəqələrində  beş min nəfərdən artıq sakin yaşayır.

Diqqəti çəkən məqam ondadır ki, yol infrastrukturu əhalinin sıx yaşadığı ərazi olmaqla, həm də təmas xəttinə yaxın olan məntəqələrdir.

Daim təsərüfatla məşğul olan sakinlər indiyədək  Ağdam-Ağcabədi mağistral yoluna  çıxmaq üçün əziyyət çəkirdilər. inanırıq ki, sərəncam az müddət ərzində yüksək keyfiyyətlə icra edilməklə  sakinlərin gediş gəlişinə də  rahatlıq yaratmış olacaqdır”.

icra başçısı daha sonra qeyd edib: “Son altı ay ərzində  Ağdamın yol infrastrukturunun yaxşılaşdırılmasıyla bağlı cənab prezidentin ikinci dəfə sərəncam imzalaması Ağdama göstərilən sonsuz diqqətin nəticəsi kimi qəbul edilməlidir.”

Xatırladaq ki, 2017-ci ilin oktyabrın 27 də “Ağdam rayonunun Quzanlı-imamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır.

Bu sərəncamın icrasına toxunan Raqub Məmmədov bildirib ki, Ağdamda 14 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə davam etdirilir. 29 min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədilə Prezidentin 2017-ci il 27 oktyabr tarixli sərəncamı ilə dövlət büdcəsindən 5,4 milyon manat vəsait ayrılıb:

“Uzunluğu 25,3 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Tikinti işləri çərçivəsində eni 10 metr olan yol yatağı hazırlanıb. iki hərəkət zolaqlı yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində yola müxtəlif yerlərdə 18 ədəd dəmir su ötürücü boru qoyulub.

Hazırda yola ikiqat olmaqla, 10 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənir. Artıq 20 kilometrdə iki qat olmaqla asfalt-beton örtüyünün döşənməsi həyata keçirilib.

Bu yolun da istifadəyə verilməsi Quzanlı-imamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaqdır.”

Quzanlı qəsəbəsində də qəsəbədaxil yolların vəziyyətinə toxunan icra başçısı onu da bildirb ki, qəsəbədə səkkiz küçəyə ad verilib:

“Mərkəzi Heydər əliyev prospekti 6.1  km, Zərifə əliyeva küçəsi 2.7 km, S.S.Axundov küçəsi0.9 km, MF.Axundazadə küçəsi 1.8 km, MəşədiAbbas 1.1 km, Məhəmməd Füzuli küçəsi 1.5 km.,Xudu Məmmədov küçəsi 1.6 km., əşrəf əliyev küçəsi 1.35 km. olmaqla hər birinə son illər ərzində  rayonun daxili imkanları hesabına  standarta cavab verən asfalt vurulmuşdur. Bu isə üst-üstə 16 km-dən  artıq yol  deməkdir.

Ötən il isə  Xudu Məmmədov küçəsində abadlıq işləri həyata keçirilmişdir.

Cari ildə də artıq bir sıra küçələrdə və əhalinin sıx məskunlaşdığı ərazilərdə məhz abadlıq- quruculuq işləri davam etdiriləcədir.”

Belediyye.info

 

ŞƏRHLƏR